About Events.az
"Events Azərbaycan” tədbirlərin marketinq və PR strategiyasını müasir texnologiyalardan və innovasiyalardan istifadə etməklə daha da təkmilləşdirməyi nəzərdə tutub.
Bu məqsədlə artıq ölkədə təşkil olunan və nəzərdə tutulan bütün tədbirlər haqqında məlumatları, tədbir təşkilatçıları və istifadəçilər üçün çoxsaylı onlayn xidmətləri özündə birləşdirən Events.az portalı hazırlanıb.
Events.az sizi maraqlandıran tədbirləri (seminar,konfrans,konsert,sərgi,təqdimat və s.) izləyəcəyiniz və öz tədbirlərinizi təqdim edə biləcəyiniz sosial bir platformadır.
Resursda tədbirlə əlaqəli olan təşkilatçıların xüsusi hesablarının yaradılması imkanları nəzərdə tutulub. Həmin hesablarda təşkilatçıların cari və gələcəkdə planlaşdırılan tədbirləri haqqında məlumatlar yerləşdirilir. Saytda tədbirlərin təşkilatçıları, sponsor və dəstək verənləri həmçinin tədbirlərin keçiriləcəyi məkanlar haqqında geniş məlumat bazası formalaşdırılacaq.
Events.az -da maraqlara uyğun olaraq tədbirlərin asan tapılması imkanları nəzərdə tutulub. Tədbirlər mövzulara uyğun olaraq qruplaşdırılıb. Resursda qeydiyyatdan keçənlər açar sözlərdən istifadə etməklə öz maraq dairəsinə uyğun tədbirlər haqqında məlumat əldə edə bilirlər. İstifadəçilər həmçinin saytda yerləşdirilən tədbirlərlə bağlı müəyyən dəyişiklikləri, vaxtı və yeri haqqında yeni məlumatları bildiriş vasitəsilə əldə edə biləcəklər.
Tədbirlərin axtarış sistemində maraqlara uyğun olaraq açar sözlər vasitəsilə süzgəc sistemindən istifadə olunub.