About Hacı Qara
M.F.Axundzadənin «Hacı Qara» komediyasında adından da göründüyü kimi xəsislik təsvir və tənqid olunur. Dahi dramaturqun bu əsərində rәhmsiz qoca xәsis Hacı Qaranın mәnәvi alәmindәki nifrәt oyadan cәhәtlәrin açılması üçün dərin fəlsəfi-psixoloji məqamlardan sənətkarlıqla istifadə etməsini görürük: bu qoca xәsis üçün dünyada puldan başqa heç bir müqәddәs şey yoxdur; Hacı Qara, öz dostu Heydәr bәyin qoçaqlığını tәriflәyәn Әsgәr bәyә etinasızlıqla deyir ki, bizim zәmanәmizdә qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dәfә yaxşıdır. Əsər 2 xətt üzrə inkişaf edir. Yəni əsərin bir hissəsi Hacı Qara ilə, digər hissəsi Heydər bəylə əlaqədardır. Biri xəsisliyi ucbatından itirdiyi 100 manat zərərinin əvəzini çıxmaq şərtilə, digəri isə evlənmək üçün qaçaq mal alverinə gedir. (mənbə: http://kayzen.az/blog/17945/mfaxundzad%C9%99---nin-hac%C4%B1-qara-%C9%99s%C9%99rind%C9%99-x%C9%99sisliyin-if%C5%9Fas%C4%B1.html)