About Bələdçi
“Bələdçi” romanının əsas qəhrəmanı Rüstəm çox gəncdir. Əsgərlikdən təzə qayıdıb. Yaxşı oxusa da arzuladığı instituta qəbul olunmayıb. Elə buna görə də, kənd arasına çıxmağa utanır, hamıdan qaçır. Gözlənilmədən yük vaqonu bələdçisi işləyən qohumu Nuruşdan ona qoşulmaq təklifi alır. Hüquqşünas olmaq istədiyi halda yük vaqonu bələdçisi olur. Rusiyaya çaxır, konyak daşıyır. Yollarda və Rusiyanın şəhərlərində rus qızları ilə təkrarsız sevgi macəraları yaşayır…