About Allahın elçisi
MÜQƏDDİMƏ
Tərcümeyi-halın əhəmiyyəti
Tarixə baxış və hekayətçilik şirin və cazibəli, eyni halda, xəyallarla baş qatıcıdır. Lakin ötənlərdən götürülən ibrət yol bələdçisi, keçmişlərin təcrübəsi isə bəşəriyyətin qorxulu və sonsuz səfərində bir ehtiyatdır. Talehlər cəmiyyətin seçiminə məruz qalmış üsullardır. Hansı ki, talehin üsuldan fərqlənməsi qanunlara və ilahi istəyə ziddir. «Allahın üsulları dəyişməz və dağılmazdır». («Fatir» 43). Buna görə də cəmiyyətin quruluşu üsula, Quran təbirincə «ilahi sünnətlərə» əsaslanmalıdır.
Cəmiyyətin rəhbərləri özlərinə və ardıcıllarına taleh taleh təyin edir, cəmiyyət və tarixə istiqamət verib, formalaşdırırlar. Bu rəhbərlər həqiqətpərəst və azğın olmaqla iki qurupa bölünüb, bir qismi millətləri qurtuluşa, digər bir qismi isə xalqı zəlalətə apararlar. «Səadətə çatanların sonu behişdir». («Hud» 108). «Bədbəxt olanların aqibəti oddur». («Hud» 106).
Yol göstərən bir kitab olan Quran həqiqətpərəst və azğın rəhbərlərin iki şivəsini aşkar təsvir edir. Bununla huşyar insanlara qurtuluş yolu göstərilir. Acı və şirin fitnələrdən, sınaqlardan başıuca çıxmaq üçün nur yolunun yolçularından nümunə götürülməsi, ovçu toruna düşməmək üçün azğınlıq havadarlarından kənar durmaq tapşırılır.
Bu səbəbdən də nur aşiqləri və zülmət yolçularının simasının təsviri öz yerini alır və bu təsvir vaxt keçirmək üçün yox, nümunə götürüb, cilalanmaq üçündür. Peyğəmbərlər, peyğəmbər yoldaşları, qabillər, nəmrudlar, fironlar və calutlar haqqında deyilənlər eyni məqsəd daşıyır. «Peyğəmbərlər haqqında sənin üçün danışdığımız hekayələr qəlbini möhkəmlətmək üçündür. Bu hekayələrdə sənin üçün göstəriş, həqiqət yolunu gedənlər üçün ibrət vardır. («Hud» 121). Peyğəmbərlərin əhvalatını təkrarlamaq həmin bu məqsədlərlədir – qəlblərin möhkəmlənməsi, batilə qalbi gəlməyin yolları. Eləcə də, günahkarların aqibətini təkrarlamaq başqalarına ibrət üçündür. «Kafirlərə aydın olmadımı ki, yerlərində oturduqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən bunda ağıl sahibləri üçün ibrətlər var». («Ta-ha» 128).
Buna görə də keçmişə iki növ baxış mümkündür: Birincisi hekayətçilik və məhdud, baş qatıcı hadisələrə baxış; İkincisi, geniş bəşər həyatının qaməti tək uca əhatəli ibrət və örnək götürülməsi. Bu mövzunun əhəmiyyətini artıran həyat yollarının təsviri, adətlərin aydınlaşmasıdır. Burada sadəcə tarixçilik nəzərdə tutulmur. Bu iki baxış bir-birindən fərqləndirilməlidir. Hadisələrin, onları törədən amillərin təhlili keçmişlərin üsulunu gələcəyə ötürən göstərişlərdir.
Söhbəti daha da qiymətli edən rəhbərlərin və millətlərin keçdiyi yolların araşdırılması, bir millətin tərəqqiyə, o birinin tənəzzülə tuş gəlməsi səbəblərinin müəyyən edilməsidir. Yoxsa, sadəcə bir millətin başına nələr gəldiyini xəbər vermək həyata baxış, tarixçilikdir. Birinci ikincidən bəhrələnsə də, o daha dəyərlidir.
by Q####:
Ela